Son yenilənmə: 21 avqust 2026
e-imtahan.com platformasına xoş gəlmisiniz. Bu İstifadə şərtləri platformadan istifadə qaydalarını, sizin və bizim hüquq və öhdəliklərimizi müəyyən edir. Platformadan istifadə etməklə bu şərtləri tam qəbul etmiş sayılırsınız.
e-imtahan.com onlayn sınaq imtahanlarının keçirilməsi üçün nəzərdə tutulmuş platformadır. Platforma müəllimlərə imtahan yaratmaq, tələbələrə isə həmin imtahanlara qoşulub biliklərini sınamaq imkanı verir. Bu şərtləri qəbul etmirsinizsə, platformadan istifadə etməməyinizi xahiş edirik.
Platformadan tam istifadə üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı düzgün, dəqiq və aktual məlumat təqdim etməlisiniz. Hesabınızın (istifadəçi adı və şifrə) təhlükəsizliyi tamamilə sizin məsuliyyətinizdədir. Şifrənizi üçüncü şəxslərlə paylaşmayın. Hesabınız vasitəsilə edilən bütün əməliyyatlara görə siz məsuliyyət daşıyırsınız. Hesabınızın icazəsiz istifadə edildiyini aşkar etsəniz, dərhal bizə məlumat verin.
Platformadan istifadə edərkən qüvvədə olan qanunvericiliyə əməl etməlisiniz. Aşağıdakılar qadağandır: saxta və ya çoxsaylı hesabların yaradılması; başqa istifadəçilərin hesabına icazəsiz giriş; sistemin təhlükəsizliyini pozmağa yönəlmiş hərəkətlər; platformanın normal işinə mane olan avtomatlaşdırılmış vasitələrdən istifadə.
Müəllimlər yaratdıqları imtahanların məzmununa görə tam məsuliyyət daşıyırlar. Qanunsuz, təhqiredici, zorakılığı təbliğ edən və ya müəllif hüquqlarını pozan məzmunun yerləşdirilməsi qadağandır. İmtahan üçün qiymət təyin edən müəllim bu qiymətin ədalətli olmasını təmin etməlidir. Platforma qaydaları pozan imtahanları xəbərdarlıq etmədən dayandırmaq hüququnu özündə saxlayır.
Tələbələr imtahanları dürüst və müstəqil şəkildə həll etməlidirlər. İmtahan nəticələrinin saxtalaşdırılması, sistemin sui-istifadəsi və digər dürüst olmayan hərəkətlər qadağandır. İmtahan nəticələri sınaq xarakteri daşıyır və rəsmi qiymətləndirmə sənədi kimi qəbul edilmir.
Bəzi imtahanlar ödənişlidir. Ödənişlər lisenziyalı ödəniş operatoru Epoint vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilir. Ödəniş uğurla tamamlandıqdan sonra müvafiq imtahana giriş təmin olunur. Ödəniş zamanı kart məlumatlarınız birbaşa ödəniş operatoru tərəfindən emal olunur və platformamızda saxlanılmır. Ödənişli imtahanlardan əldə olunan gəlir platforma və imtahanı yaradan müəllim arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünür.
Ödəniş edildikdən və imtahana giriş təmin edildikdən sonra, xidmət artıq göstərilmiş sayıldığı üçün ödənişlər geri qaytarılmır. İstisna hallar (məsələn, texniki səbəbdən imtahana ümumiyyətlə qoşula bilməmək) fərdi qaydada nəzərdən keçirilir — belə hallarda bizimlə əlaqə saxlayın.
8.1. Platformanın dizaynı, loqosu, proqram təminatı və məzmunu e-imtahan.com-a məxsusdur və müəlliflik hüququ ilə qorunur. İcazəsiz kopyalama, yayma və istifadə qadağandır.
8.2. Müəllim tərəfindən platformada yaradılan imtahan, fən, sual, cavab variantları, izahlar, həmçinin yüklənən şəkil və audio fayllar (bundan sonra — Material) üzərində müəllif hüququ Müəllimə aiddir.
8.3. Platforma Materiala sahiblik iddia etmir və Müəllimin müəllif hüququnu tanıyır.
8.4. Müəllim Materialdan platformadan kənarda sərbəst istifadə etmək hüququnu tam saxlayır.
9.1. Müəllim Materialı platformada yerləşdirməklə Platformaya aşağıdakı hüquqları verir:
9.2. Verilən hüquq qeyri-müstəsna xarakter daşıyır.
9.3. İstifadə ərazisi məhdudlaşdırılmır — Material internet vasitəsilə əlçatan olur.
9.4. İstifadə müddəti Materialın platformada yerləşdirildiyi andan başlayır və Müəllim onu silənə və ya hesabını bağlayana qədər davam edir. Silinmədən əvvəl keçirilmiş imtahanların nəticələri, statistikası və verilmiş təltifnamələr arxivdə saxlanılır.
10.1. Müəllim təsdiq edir ki, Material onun tərəfindən yaradılıb və ya ondan istifadə etmək üçün qanuni əsası var.
10.2. Müəllim təsdiq edir ki, Material üçüncü şəxslərin müəllif hüququnu, ticarət nişanı hüququnu və digər əqli mülkiyyət hüquqlarını pozmur.
10.3. Material üçüncü şəxsin hüququnu pozduğu barədə iddia irəli sürüldükdə, məsuliyyət Müəllimin üzərinə düşür. Platforma bu halda Materialı dərhal əlçatmaz edə və iddiaçıya Müəllimin qeydiyyat məlumatlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edə bilər.
10.4. Müəllim başqasının müəllif hüququ ilə qorunan materialını (dərslik, test toplusu, nəşr olunmuş vəsait) icazəsiz yerləşdirməməyi öhdəsinə götürür.
11.1. Materialda aşağıdakılar yerləşdirilə bilməz:
11.2. Bu bəndin pozulması hesabın bloklanmasına əsas verir.
12.1. Müəllim istənilən vaxt Materialı platformadan silə bilər. Silinmə gələcəyə şamil olunur.
12.2. Silinmədən əvvəl ödəniş etmiş iştirakçılar imtahanı başa çatdırmaq və nəticələrini görmək hüququnu saxlayırlar.
12.3. Silinməyə qədər hesablanmış qonorar Müəllimə ödənilir.
12.4. Platforma aşağıdakı hallarda Materialı əlçatmaz edə bilər: üçüncü şəxsin hüququnun pozulması barədə əsaslandırılmış iddia daxil olduqda; Material qanunvericiliyi pozduqda; Material bu razılaşmanın 11-ci bəndinə zidd olduqda.
Platforma "olduğu kimi" təqdim olunur. Texniki nasazlıqlar, internet kəsintiləri, server problemləri və ya digər fors-major hallar nəticəsində yaranan itkilərə görə platforma məsuliyyət daşımır. İmtahan zamanı internet bağlantınızın sabit olmasını təmin etmək sizin məsuliyyətinizdədir (qeyd: platforma offline qoruma mexanizmi ilə təchiz olunub, lakin tam zəmanət verilmir).
Bu şərtləri pozan istifadəçilərin hesabları xəbərdarlıq edilmədən müvəqqəti və ya daimi olaraq dayandırıla bilər.
15.1. Müəllim qeydiyyatdan keçərkən və ya ilk imtahanı yaradarkən müvafiq bölməni işarələməklə bu şərtləri qəbul edir.
15.2. Razılaşmanın mətni e-imtahan.com platforması tərəfindən hazırlanır və sistemə əlavə edilir.
15.3. Bu şərtlər zaman-zaman yenilənə bilər. Dəyişikliklər saytda dərc olunduğu andan qüvvəyə minir. Platformadan istifadəni davam etdirməklə yenilənmiş şərtləri qəbul etmiş sayılırsınız.
15.4. Müəllim yeni şərtlərlə razılaşmadıqda, Materialı silmək və hesabı bağlamaq hüququna malikdir. Bu halda hesablanmış qonorar ona ödənilir.
Suallarınız üçün Əlaqə səhifəsindən və ya info@e-imtahan.com e-poçt ünvanı ilə bizimlə əlaqə saxlaya bilərsiniz.