Müəllim mövzunu danışır. Şagird təsəvvür etməyə çalışır. Fəza fiqurları, molekul quruluşu, atmosfer təzyiqi — bu mövzuların çoxu lövhədə tam izah oluna bilmir.
İzah modulları bu boşluğu doldurur. Müəllim mövzunu göstərir: model ekranda fırlanır, ölçüsü dəyişir, hesablama anında yenilənir. Şagird prosesi izləyir.
Kubun həcmini izah edən müəllim onu lövhədə çəkir. Şagird iki ölçülü rəsmə baxıb üç ölçülü fiquru təsəvvür etməlidir. Bəzi şagirdlər təsəvvür edir, bəziləri etmir.
Modulda kub ekranda dayanır. Fırlanır, üzləri ayrılır, tilləri işıqlanır. Müəllim tərəfi 3-dən 5-ə dəyişir — həcm anında 27-dən 125-ə keçir. Şagird düsturu əzbərləmir, dəyişikliyi görür.
Eyni məntiq digər mövzularda işləyir. Kimyəvi reaksiya tənlik kimi deyil, hərəkət kimi görünür. Atmosfer təzyiqi rəqəm deyil, prosesdir. Hüceyrə bölünməsi mərhələ-mərhələ izlənir.
Vaxta qənaət. Lövhədə çəkməyə, izah üçün əlavə material axtarmağa ehtiyaç qalmır. Modul hazırdır — mövzunu açıb dərsə başlayırsınız.
Təkrar izah azalır. Anlamayan şagird modulu evdə özü açıb yenidən baxa bilər. Müəllim eyni mövzunu üç dəfə danışmır.
Hazırlıq yükü yüngülləşir. Modullar Azərbaycan tədris proqramına uyğun sinif və mövzu üzrə qurulur. Xarici saytlarda axtarmağa, tərcümə etməyə lüzum yoxdur.
Müəllim öz hesabı ilə daxil olur, fəni və mövzunu seçir, modulu dərsdə açır. Proyektorda, lövhədə və ya şagirdlərin öz cihazlarında — hər üçü mümkündür.